Əmziklərin valideynlər tərəfindən "əmilərək təmizlənməsi"nin körpələri allergiyadan qoruya biləcəyi məlum oldu.
Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, Gotenburq Universitetindən isveçli alimlər doğuşdan etibarən 184 valideynin körpələri 6 aylıq olanadək əmzikləri hansı üsulla təmizlədiyini araşdırıb.
Araşdırma nəticəsində əksər valideynlərin yerə düşdükdən sonra əmziyi su ilə yaxaladığı və uşağa verdiyi, bəzi valideynlərin isə əmziyi qaynatdığı, digərlərinin isə əmdiyi məlum olub.
Təmizlik üçün əmziyi əmən valideynlərin uşaqlarının 1,5 yaşına çatdıqda allergik ekzamaya yoluxma riskinin digərlərindən az olduğu aydınlaşıb.
Tüpürcəyin bir çox bakteriya və virusu məhv etdiyini bildirən elm adamlarından Aqnes Vold, beləliklə, körpənin allergiya ilə daha yaxşı mübarizə apara bildiyini açıqlayıb.
Mənbə: trend.az