Hindistanda seçkilərin davam etdiyi bir vaxtda böyük ailəsi olan Zionnqaka Çana adlı seçici bütün yerli siyasətçilərin diqqətini çəkib.
ANS PRESS-in xəbərinə görə, Çana adlı həmin şəxs Hindistanın Mizoram əyalətində yaşayır. Onun 39 arvadı, 127 övladı və sayını özünün belə bilmədiyi qədər nəvəsi var.
Bir tayfa lideri olaraq dəstəkləyəcəyi namizədə çox böyük reytinq verə biləcəyi düşünülən Çananı bölgənin bütün namizədləri tanımaq istəyir.
Bu şəxsin Mizoram əyalətində 100 otaqlı evi var. Bütün ailə birlikdə bina şəklində tikilmiş bu evdə yaşayırlar. 70 yaşlı Çana seçkilərdə tək istəklərinin dürüst bir rəhbər seçilməsi, öz mənafeyini yox, əyalətin mənafeyini düşünən birinə səs verilməsidir. O, həmçinin səsverməyə gedərkən, hamısının eyni partiyaya, namizədə səs verdiklərini açıqlayıb.
4 nəsildən bəri davam edərək gələn tayfa 1930-cu illərdə Çananın babası ilə başlayıb və bu gün 1700 adama çatıb.
Qeyd edək ki, Hindistanda 814 milyon seçicinin səs verdiyi seçkilər 9 mərhələdə keçirilir. 7 apreldə başlayan seçki, 12 mayda sona çatacaq. Seçki nəticələrinin isə 16 mayda açıqlanması gözlənilir.
Mənbə: ANS PRESS