Qadin.NET / Prezidentlər Xəzəri bölüşəcəklər

Prezidentlər Xəzəri bölüşəcəklər

 

Prezidentlər Xəzəri bölüşəcəklər

Xəzər hövzəsində yerləşən ölkələrin dövlət başçıları Rusiyanın Astarxan şəhərində görüşəcəklər. ANS PRESS-in məlumatına görə, bu ilin sentyabr ayında planlaşdırılan liderlərin görüşündən əvvəl, aprelin 22-də zirvə toplantısına hazırlıq iclasının keçiriləcəyi bildirilir. 

Xəzərin hüquqi statusunun müəyyənləşdirlməsi ilə bağlı məsələlər Türkmənistanın Nazirlər Şurasının iclasında gündəmə gətirilib. Türkmənistanın baş nazirinin sözlərinə görə, liderlər arasında keçiriləcək olan zirvə görüşündə Xəzər dənizinin hüquqi statusu müəyyənləşdirmək istiqamətində fikir mübadiləsi aparılacaq. 
Zirvə görüşündə Azərbaycan, Türkmənistan, Rusiya, Qazaxıstan və İran prezidentlərinin iştirakı gözlənilir.

Mənbə: ANS PRESS

13 aprel 2014
GO BACK