Qadin.NET / "Bavariya"nın ulduzundan "Real" açıqlaması

"Bavariya"nın ulduzundan "Real" açıqlaması


Lam: "Real" və "Bavariya" finalda oynamağı haqq edir"
"Bavariya" klubunun müdafiəçisi Filip Lam Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkünü dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, UEFA-nın rəsmi saytına danışan almaniyalı futbolçu hər iki komandanın finalda oynamağa layiq olduğunu bildirib:

"İki ən yaxşı komanda üz-üzə gələcək. Həm "Real", həm də "Bavariya" finalda oynamağı haqq edir. Yarımfinalda oynayarkən yalnız bir məqsədin olur ki, o da finala vəsiqə qazanmaqdır. Ümid edirəm ki, bunu bacaracağıq".

Qeyd edək ki, bu komandalar arasında oyunlar 23-29 aprel tarixlərində keçiriləcək. 

Mənbə:Milli.Az

12 aprel 2014
GO BACK