Qadin.NET / İdmançılarımızla bağlı daha bir qalmaqal

İdmançılarımızla bağlı daha bir qalmaqal


Azərbaycanın daha 9 ağırlıqqaldıranı cəzalandırılıb
Milli.Az “Lent.az”a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası qərar çıxarıb.

Bunlar Elxan Əliquluzadə, Yuliya Derkaç, Yuri Dudoqlo, Firudin Quliyev, Kristina Yovu, Aluda Manaqadze, Nailxan Nəbiyev, Nicat Rəhimov və Tatyana Varlamovadır. Dopinq-test nəticəsində Əliquluzadə, Derkaç, Dudoqlodan dehidrometiltestosteron, Yovudan oksandrolon, Quliyev, Nəbiyev və Rəhimovdan oksandrolon və dehidrometiltestosteron, Varlamovadan dehidrometiltestosteron və stanozolol, Manaqadzedən oksandrolon, dehidrometiltestosteron və stanozolol aşkarlanıb. Onların hamısı 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Bununla da cəzalı ağırlıqqaldıranlarımızın sayı 18-ə çatıb.

Qeyd edək ki, daha öncə 9 ağırlıqqaldıranımız - Silviya Angelova, Sərdar Həsənov, Valentin Xristov, Kamran İsmayılov, Alyona Kiriyenko, Marziyə Məhərrəmova, Kseniya Vişnitskaya, İntiqam Zairov və Zülfiqar Süleymanov cəzalandırılıblar. Süleymanov ikinci dəfə dopinq-testdən keçə bilmədiyi üçün ömürlük, qalanları isə 2 il müddətinə diskvalifikasiya ediliblər. 

Mənbə:Milli.Az

12 aprel 2014
GO BACK