Qadin.NET / Facebook istifadəçilərinə qadağa qoyuldu

Facebook istifadəçilərinə qadağa qoyuldu

Facebook sosial şəbəkəsinin istifadəçilərinə bundan sonra icazə verilməyəcək ki, daxili mobil tətbiqetmə vasitəsi ilə mesaj göndərsinlər. Milli.Az day. Az saytına istinadən bildirir ki, Facebook istifadəçiləri sosial şəbəkədə mesaj göndərmək üçün "Blue Messenger" adlı tətbiqetməni yükləmək lazımdır. 
Sosial şəbəkə artıq bununla bağlı istifadəçilərinə xəbərdarlıq da ünvanlayıb. 
Sosial şəbəkənin mətbuat xidmətindən bildiriblər ki, bu addım istifadəçilərə daha keyfiyyətli xidmət göstərmək üçün nəzərdə tutulub. 
Pulsuz olan həmin tətbiqetmə istifadə üçün daha əlverişlidir. Həmin messencerdə yazışma ilə yanaşı, başqa funksiyalar da var. Misal üçün, səsli zəng və s. 

Mənbə: Milli.Az

12 aprel 2014
GO BACK