Qadin.NET / Azərbaycanda istirahət günü hava yağıntılı olacaq

Azərbaycanda istirahət günü hava yağıntılı olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, aprelin 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı gözlənilir. Axşam bəzi yerlərdə yağış yağacağı, gecəyə doğru şimşək çaxacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 6-9, gündüz 13-18 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində aprelin 13-də şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 7-12, gündüz 18-23 dərəcə isti, dağlıq ərazilərdə gecə 2-7 dərəcə isti, gündüz 9-14 dərəcə isti olacaq.

Mənbə: Milli.Az

12 aprel 2014
GO BACK