Qadin.NET / Rusiya Ermənistanı çətin vəziyyətə salıb

Rusiya Ermənistanı çətin vəziyyətə salıb

 

Rusiya Ermənistanı çətin vəziyyətə salıb

 

“Rusiya xarici işlər naziri Sergey Lavrovun “Şərq Tərəfdaşlığı” proqramı ilə bağlı verdiyi mesaj bundan ibarətdir ki, proqrama üzv olkələr Avropa Birliyi ilə əməkdaşlıq etməsin. Belə olduğu halda Ermənistan suverenliyini itirəcək”. 
ANS PRESS-in məlumatına görə, bunu Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin sədri Stepan Qriqoryan deyib. Onun sözlərinə görə, Ermənistan AB ilə 1996-cı ildən rəsmi şəkildə əməkdaşlıq edir.
““Şərq Tərəfdaşlığı” proqramı bu layihəyə üzv ölkələrin Avropaya inteqrasiya edlməsinə qarşı yaradılıb. Ermənistanın AB ilə əməkdaşlığını rəsmi İrəvanla Moskva arasındakı münasibətlərlə müqyisə etmək olmaz. Rusiya “Şərq Tərəfdaşlığı” proqramını postsovet ölkələrinin bir yerdə saxlamaq üçün həyata keçirir. Ermənistan Gürcüstan və Ukraynadan fərqli olaraq AB-yə üzv olmaq qarşısına məqsəd qoymayıb”, deyə Stepan Qriqoryan bildirib.
Politoloq hesab edir ki, Ermənistan Gömrük İttifaqına üzv olması rəsmi İrəvanla Avropa Birliyi, NATO və ABŞ arasında mövcud olan münasibətləri çətin vəziyyətə salacaq. Çünki ABŞ və AB-nin iqtisadi siyasəti Gİ-nın siyasəti ilə üst-üstə düşmür.

Mənbə: ANS PRESS 

12 aprel 2014
GO BACK