Qadin.NET / Səhərlər bunları yeməyin!

Səhərlər bunları yeməyin!

 

Səhərlər bunları yeməyin!

 

Dietoloqlar səhərlər ac qarına yeyilməsi məsləhət olmayan meyvə və tərəvəzlərin siyahısını hazırlayıb.
ANS PRESS-in məlumatına görə, bəzi mütəxəssislər səhərlər bananlı yoqurt yeməyin ürək-damar sistmində narahatlıqlara səbəb ola biləcəyini iddia edir. 
Eyni zamanda ac qarına istehlak edildiyində yoqurt faydalarını qismən itirir. Yoqurtu yatmadan əvvəl və ya yeməklərdən 2 saat sonra istehlak etməyin daha doğru olduğu bildirilir. Digər bir meyvə isə portağaldır. Səhərlər ac qarına istehlak edildiyində portağal qastrit və ya allergiyaya səbəb ola bilər.Xurma və pomidor ac qarına istehlak edildiyində mədəni narahat edir.Gündəlik həyatımızda da az istifadə etməyimiz lazım olan sərinləşdirici qazlı içkiləri səhər içməkdən qaçınmalıyıq. Bu içkilər insanlarda insulin səviyyəsini artırır.Qeyd edək ki, bu meyvə və tərəvəzlərin səhərlər ac qarına yeyilməsi mədə və bağırsaq sisteminə mənfi təsir edir.

Mənbə: ANS PRESS

12 aprel 2014
GO BACK