2013-cü ildə ABŞ prezidenti Barak Obama və onun həyat yoldaşı Mişel Obamanın gəliri azalıb. ANS PRESS-in məlumatına görə, cütlüyün gəliri 20 faiz azalaraq 481 min dollara düşüb. Bu barədə prezident və onun həyat yoldaşının dünən Ağ evdə dərc edilən vergi deklorasiyasında bildirilir.
Obama ailəsi 2013-cü ildə əsasən prezident maaşı ilə dolanıb. Prezidentin maaşı isə illik təxminən 400 min dollar təşkil edib. Gəlirlərin Obamanın kitab satışından gələn gəlirin azalması səbəbindən aşağı düşdüyü ehtimal edilir. 2012-ci ildə bu gəlir 273 min dollar idisə, keçən il bu rəqəm 116 min dollar olub.
Kitabdan gələn gəlirləri Obama ailəsi xeyriyyə məqsədilə xərcləyib ki, bu rəqəm də 2,5 dəfə azalaraq 60 min dollara düşüb.
Vitse prezident Co Bayden və onun həyat yoldaşının keçən ilki gəliri 407 min dollar təşkil edib ki, bu da 2012-ci illə müqayisədə biraz çoxdur.