Finlandiya alimləri yuxuda olarkən insanların niyə tez-tez çevrilməsinin səbəblərini araşdırıb. ANS PRESS-in məlumatına görə, müşahidələr zamanı hesablayıblar ki, yetkin yaşlı insanlar bir gecə yuxusu ərzində yerlərində 15-20 dəfə hərəkət edir.
Uşaqların isə böyüklərdən bir neçə dəfə çox böyrü üstə çevrildiyi bildirilir. Yatarkən hərəkətsiz qalmaq əl və ayaqlarda limfanın və qanın
durğunlaşmasına, keyləşməsinə və şişkinliyə səbəb olduğundan yuxuda çevrilmə hallları baş verir. Belə fəsadlarla sərt yataqda yatanlar daha çox rastlaşa bilərlər.
Aparılan bəzi araşdırmalar sayəsində bir sıra alimlərin sərt yataqda yalnız ürəyi və böyrəyi tam sağlam olanların, arterial təzyiqi qaydasında olanların yata biləcəyini deyiblər. Bu cür hallar da müxtəlif narahatlıqlara gətirib çıxarır.
Mənbə: ANS PRESS