Rusiyada yüksək vəzifəli məmurların gəlirləri haqqında deklorasiya dərc olunub. ANS PRESS-in məlumatına görə, Rusiya prezidenti Vladmir Putinin gəliri il ərzində 3,672 milyon rubl təşkil edib.
İl ərzində onun avtoparkında və ona məxsus olan daşınmaz əmlaklarda heç bir dəyişiklik olmayıb: Putin əvvəlki kimi, iki köhnə “Volqa”, “Niva” və 77 kv. Metrlik evi, 15 sotluq ərazisi və qarajı haqqında məlumat verib. İlk dəfə olaraq Putinin bəyanatında onun həyat yoldaşı Ludmila iştirak etməyib. Onlar keçən il boşanıblar.
Prezidentin mətbuat katibi Dmitriy Peskov isə keçən il öz rəhbərindən 2,5 dəfə çox - 9,2 milyon rubl qazanıb. Dmitriy Medvedyev isə deklorasiyada gəlirini 4,26 milyon rubl göstərib. Onun həyat yoldaşı Svetlananın isə şəxsi gəliri yoxdur.
2013-cü ildə Rusiya məmurları arasında ən yüksək gəlir Krım federal dairəsinin prezidentinin səlahiyyətli nümayəndəsi Oleq Belavensevdə göstərilib. O, bu vəzifəyə bu ili martın21-də təyin edilib. Bundna əvvəl o, “Müdafiə xidməti” strukturlarında çalışıb və 79,46 milyon rubl qazanıb.
Mənbə: ANS PRESS