Qadin.NET / “Facebook” nələri silir?

“Facebook” nələri silir?

 

“Facebook” nələri silir?

 

"Facebook" 2013-cü ilin ikinci 6 aylığı ilə bağlı şəffaflıq hesabatını yayımlayıb.
ANS PRESS-in xəbərinə görə, "Facebook" sosial şəbəkəsi ölkələrdə yerli qanunlara zidd olduğu üçün ilk dəfə müəyyən sayda məzmunu sildiyini açıqlayıb. Hesabatda 2013-cü ilin iyul-dekabr ayları ərzində "Facebook"dan Türkiyədə 2014 məzmunun silindiyi göstərilib.
Sözügedən paylaşımların silinməsi üçün "Facebook"a Türkiyədən ən çox şikayət Məlumat Texnologiyaları və Rabitə qurumu tərəfindən edilib. Həmin məzmunlarda isə Atatürkə təhqir və Türkiyə dövlətini pislənməsi yer alıb.
"Facebook"da nələrinsə silinməsində rekord göstərici Hindistandadır. Hindistandan edilən müraciətlər nəticəsində, 4765 məzmun saytdan silinib. Orada edilən şikayət səbəbləri arasında dinləri və dövləti alçaltmaq əsas yer tutub. Pakistan dövlət qurumlarının müraciəti nəticəsində də "Facebook"dan 168 məzmun Allaha təhqir və dövlətə tənqid səbəbiylə silinib. Almaniyadan 84, Avstriyadan 78, Fransadan 80 və İsraildən 133 məzmun müraciət edilməklə "Facebook"dan silinib. 
Birləşmiş Ərəb Əmirlikləri 12, İtaliya 5, Rusiya 4, Banqladeş 3 məzmunu sildirib. Çin isə ölkədə "Facebook" aktiv olmadığı üçün hesabata daxil edilməyib.
Qeyd edək ki, "Facebook" sosial şəbəkəsi Azərbaycanda da aktiv istifadə edilir. Ötən ayın göstəricilərinə əsasən ölkəmiz ölkələr üzrə 63-cü yerdə qərarlaşıb.

Mənbə: ANS PRESS

12 aprel 2014
GO BACK