Qadin.NET / Sonsuzluğun dərmanı həşəratlardadır

Sonsuzluğun dərmanı həşəratlardadır

Sonsuzluğun dərmanı həşəratlardadır

Meyvə milçəkləri Edinburq Universitetinin əməkdaşlarına insanlarda sonsuzluq problemini qismən anlamağa kömək edib. Bu barədə Trend Rusiya KİV-ə istinadən məlumat verir.

Belə ki, alimlər insanı sağalda biləcək genləri aşkar ediblər. Beləliklə, milçəklərin müayinəsi göstərib ki, SRPK geninin çatışmazlığı xromosomların qatılaşmasına mane olur.

Amma bu proses toxum hüceyrəsinin normal inkişafı və mayalanması üçün vacibdir. Xatırladaq ki, xromosomlar - dezoksiribinuklein turşusunu özündə saxlayan spiralşəkilli strukturlardır. Bu zaman bölünmə baş verərkən məhsuldarlığın azalmasının inkişafı və ya sonsuzluq mümkündür. Bunu siçanlar üzərində aparılan tədqiqatlar təsdiqləyir.

Bu prosesə cəlb edilmiş genlərin müəyyən edilməsi normal reproduktiv hüceyrələrin yaranması zamanı nə baş verdiyini anlamağa imkan verir. Alimlər gələcəkdə baş verənlərlə bağlı daha ətraflı məlumat əldə edəcəklərinə ümid edirlər. Belə ki, Edinburq Universiteti Yanında Bioloji Elmlər Məktəbinin professoru Hiroyuki Oxkura əmindir ki, meyvə milçəklərinin yumurtaları məhsuldarlığın və sterilliyin tədqiqatı, həmçinin xromosomların qruplaşdırılması fenomeninin öyrənilməsi üçün əla modeldir.

trend.az

 

11 aprel 2014
GO BACK