Qadin.NET / Amerikalı alimlər gözəgörünməz plaş hazırlayıblar

Amerikalı alimlər gözəgörünməz plaş hazırlayıblar

Amerikalı alimlər gözəgörünməz plaş hazırlayıblar

ABŞ-ın Texas universitetinin bir qrup alimi gözəgörünməz plaşın hazırlanması barədə məlumat yayıblar. Bu barədə Trend cümə axşamı Rusiya KİV-ə istinadən məlumat yayıb.

Söhbət mis və polikarbonat nazik pərdənin hörmələrindən ibarət olan "metaekran" adlı materiyadan gedir. Belə ki, fiziklər səpələnmə və mikrodalğaların neytrallaşdırılması effektinə nail olublar.

Alimlər hesab edirlər ki, yeni texnologiyanın böyük gələcəyi var. Ondan hərbi məqsədlər üçün geniş istifadə oluna bilər.

trend.az

 

11 aprel 2014
GO BACK