Bir nəzəriyyəyə görə, qanın tipi insanın xarakterinə və onun şəxsi həyatına təsir edir. Onu da qeyd edək ki, belə bir yanaşma Yaponiyada xüsusilə populyardır. Belə ki, yaponların 75 faizi qanın tipinin xarakter və sevgidə uğurla əlaqəsinə inanır. Bu barədə Trend xarici mətbuata istinadən xəbər verir.
Bu, o deməkdir ki, istedad və keyfiyyətlərin müəyyən qismi insana qanla ötürülür. Bu barədə ilk dəfə 1971-ci ildə yapon alim Sasaxiko Nomi bəhs edib. İndi isə bu nəzəriyyəni onun oğlu Tositaka Nomi inkişaf etdirir. Рђlimlər əmindirlər ki, biz istisnasız olaraq qan qrupumuza uyğun qidalanmalıyıq. Çünki mədənin turşuluğu ondan asılıdır.
Şəxsi keyfiyyətlərə gəldikdə isə birinci qan qrupuna malik insan üçün xidmətlərinə görə ictimai tanınma əhəmiyyətlidir. Bu qrupun sahibləri işləməyi sevirlər, onlar dünyaya açıq gözlə baxırlar. Birinci qan qrupundan olan kişilərə sevgi hava və su kimi lazımdır. Onlar əks cinsin nümayəndəsinə ciddi bağlanmağa qadirdirlər, amma eqoizm hər şeyi korlaya bilər.
Bu qrupdan olan qadınlar çox gözəl evdar xanım olurlar və nə qədər ki evdə pul və əyləncələrini təmin edən kişi var, belə olaraq da qalırlar. Əks təqdirdə, onların həyatı boz və yeknəsək olur. Onlardakı daha bir cəhət xüsusiyyətçilik meyilləri və qısqanclıqdır.
İkinci qan qrupuna aid olanlar perfeksionistlərdir. Onlar üçün detallar hər şeydən daha əhəmiyyətlidir. Bəzən belə insanlar son dərəcə həssas olmaları ilə fərqlənirlər və tələb olunan vaxt irəli getmirlər. Yəni onlar lider ola bilmirlər. Onlar rəhbərlik edəndə isə qeyri-real tələblər irəli sürürlər. Özləri uzun müddət fasiləsiz işləməyə qadirdirlər ki, bunu onları əhatə edənlər barədə demək olmaz.
İkinci qan qrupundan olan kişilər üçün dostluq və sevgi son dərəcə vacibdir. Onlar daha çox gənc yaşlarında evlənirlər, sadiq olmaları ilə fərqlənirlər, rahatlıq və qayğı ilə əhatə olunmağı sevirlər. Qadınlar nikaha ittifaqın harmoniya əsasında yaradılmasına əmin olduqda daxil olurlar. Onlar öz sevgilərini açıq şəkildə göstərməyə meyilli deyillər. Romantika nə qədər az olarsa, onlar üçün daha yaxşıdır. İkinci qan qrupundan olan məşhurlar arasında Qvinet Peltrou, Kristina Riççi, Sara Mişel Gellar, Britni Spirs, kişilər arasında isə Robin Uilyams və Rinqo Starr var.
trend.az