Qadin.NET / Qızılaxtaran axtardığını tapdı

Qızılaxtaran axtardığını tapdı

Qızılaxtaran axtardığını tapdı

Avstraliyada həvəskar qızılaxtaran torpağın altından düz 5.5 kiloqram ağırlığında qızıl külçəsi tapıb. Bu barədə Trend Türkiyə KİV-ə istinadən xəbər verir.

İngiltərənin "Independent" gəzetinin verdiyi xəbərə görə, kimliyini gizli saxlayan həvəskar xəzinə axtaran bu nadir tapıntını Avstraliyanın Melburn şəhəri yaxınlağındakı Ballarat qızıl mədəni yaxınlığında dedektorla axtarış apararkən tapıb.

Qızıl ticarəti ilə məşğul olan Kordel Kent adlı şəxs tapılan qızılın 300 min dollar dəyərində olduğunu bildirib. Qızılaxtaran tapdığı qızılla ilk öncə öz borclarını ödəmək fikrindədir.

Qeyd edək ki, bu ərazi 19-cu əsrdə qızılaxtaranlar arasında populyar olub. 1858-ci ildə burada 71,3 kiloqram ağırlığında ən böyük qızıl külçəsi tapılıb.

trend.az

 

11 aprel 2014
GO BACK