Qadin.NET / Məşhur rəssamın əsəri 43 milyon dollara satılıb

Məşhur rəssamın əsəri 43 milyon dollara satılıb

Məşhur rəssamın əsəri 43 milyon dollara satılıb

Fransız impressionist rəssam Klaud Monenin məşhur "Nilufərlər" əsəri Nyu-Yorkda keçirilən hərracda satılıb. Trend-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı BBC-yə istinadən xəbər verir.

Xəbərə görə, adının açıqlanmasını istəməyən bir kolleksiyaçı Monenin tablosu üçün 43 milyon dollar ödəyib. Qeyd edək ki, məşhur rəssamın 1905-ci ildə tamamladığı yağlı boya ilə işlənmiş əsərinin 30-50 milyon dollar arasında alıcı tapacağı gözlənilirdi.

Xatırladaq ki, 2008-ci ildə Fransa impressionizminin banilərindən biri Monenin 1919-cu ildə çəkdiyi "Nilüfər hovuzu" adlı əsəri Londondaki "Kristi" Hərrac Evində keçirilən hərracda 80,4 milyon dollara satılmışdı.

Elə həmin hərracda rus rəssam Vasili Kandinskinin "Studie fur Improvisation 8" adlı əsəri 23 milyon dollara, isveçrəli helkəltaraş Alberto Giakomettinin bürünc "Ayaq" heykəli 11,3 milyon dollara, ispan rəssam Joan Mironun "Qadın, Qəzet, İt" adlı tablosu 13,7 milyon dollara, ispan sənətkar Pablo Pikassonun "Qadın büstü" əsəri isə 13 milyon dollara satılmışdı.

trend.az

 

11 aprel 2014
GO BACK