Böyük Britaniyada mütəxəssislər xüsusi şokolad hazırlayıblar. Belə ki, o hətta müsbət 40 dərəcə temperaturda belə ərimir. Bu barədə Trend Rusiya KİV-inə istinadən xəbər verir.
Bu yenilik isti iqlimə malik ölkələr üçün nəzərdə tutulub.
Birminhemdən olan alimlər tərəfindən hazırlanmış yeni şokoladın resepti ən ciddi sirr kimi qorunur.