Qadin.NET / Unikal test ağciyər xərçəngini ən ilkin mərhələdə aşkara çıxarır

Unikal test ağciyər xərçəngini ən ilkin mərhələdə aşkara çıxarır

Unikal test ağciyər xərçəngini ən ilkin mərhələdə aşkara çıxarır

Ağ ciyər xərçənginin erkən əlamətlərini artıq təkcə bir qan testi ilə aşkara çıxarmaq mümkün olacaq. Trend-in məlumatına görə, bu barədə "Xinhua" agentliyi ABŞ-da dərc olunan "Milli Elmlər Akademiyasının xəbərləri" jurnalına istinadən məlumat verib.

Testin yaradılması ağciyərdə xərçəngin hətta ən erkən inkişaf mərhələsində mövcud olan "Ciz1" proteininin dəyişmiş formalarının kəşf olunması sayəsində mümkün olub. Məlumdur ki, bu zülal hüceyrələrin artması prosesinə təsir edir.

Qeyd edək ki, York Universitetindən olan doktor Don Koverlinin sözlərinə görə, bu proteinin konkret olaraq dəyişmiş formalarından biri məhz ağciyər xərçəngi ilə bağlıdır. Belə ki, "Ciz1" qan dövranına düşür və orada sabit formada qalır ki, onu testin köməyi ilə aşkar etmək mümkündür.

İndi test diaqnostikanın invaziv prosedurlarının aparılmasına ehtiyac olmadan ağciyərlərdə ən kiçik yenitörəmələri aşkara çıxaracaq. Hazırda alimlər gündəlik təcrübədə metodikanın praktiki tətbiqi üçün onun optimallaşdırılması üzərində çalışırlar.

trend.az

 

11 aprel 2014
GO BACK