Uzun müddət Harvard Universitetində dərs keçən və əla neyrocərrah imici qazanmış doktor Eben Aleksandr özünü xristian hesab etsə də, heç vaxt axitərə inanmayıb və hətta bizi haradasa hədsiz dərəcədə sevən Allahın olduğuna inananların halına yanıb. Bu barədə Trend xarici KİV-ə istinadən məlumat verir.
"Mən neyrocərrah kimi "bədəndən kənar təcrübə" fenomeninə inanmırdım. Elmi mühitdə böyümüşəm, neyrocərrahın oğluyam. Atamın yolunu davam etdirərək akademik və neyrocərrah olmuşam, Harvard Tibb Məktəbində və başqa universitetlərdə dərs demişəm. Mən insanın ölüm ayağında olduğu zaman beyində nə baş verdiyini anlayıram, ona görə də həmişə hesab etmişəm ki, ölümdən möcüzə olaraq qurtulan insanların təsvir etdikləri bədəndən kənar səyahətin ağıllı elmi izahı mövcuddur", - o əvvəlcə bildirib.
Lakin 2008-ci ilin payızında onun özünün komaya düşməsindən sonra hər şey dəyişib. Məhz o zaman Aleksandr bir həftə ölümlə həyat arasında olub, onun fikirlərə və emosiyalara cavab verən beyin qabığı fəaliyyətini dayandırıb. Tanınmış cərrahın sözlərinə görə, o özü isə axirət dünyasına, eləcə də cənnətə səyahət edib.
"Beyin və ağlın hazırkı tibbi anlayışına uyğun olaraq, komaya düşdüyüm zaman heç olmasa məhdud şüurda olmalı idim, onun çox parlaq və bütöv səyahət etməsi sadəcə mümkün deyil. Bədənimin komada olmasına baxmayaraq, məndə beyin qabığının fəaliyyəti dayandığı təqdirdə beynin özünün işləməkdə davam etməsinin, mövcudluğuna heç vaxt inanmadığım ölçücə daha böyük kainata yola düşməsinin heç bir elmi izahı yoxdur", - neyrocərrah deyib.
Həkim qeyd edir ki, bütovlükdə onun baş çəkdiyi mistik məkan kliniki ölüm və ya başqa sərhəd vəziyyətlərini yaşamış insanların çoxsaylı təsvirlərinə oxşayırdı. Onun sözlərinə görə, həmin yer hərfən bizim daha çox olduğumuz, yalnız bədənimizin və beynimizin deyil, həm də ölümün şüurlu mövcudluğunun sonu yox, yalnız sonsuz səyahətin bir hissəsi olduğu yeni dünyanı təşkil edir.
Həkim bu qəribə dünyanın necə göründüyünü təsvir edə bilib. O danışır ki, səyahəti buxara çevrilərək buludlarda yüksəyə qalxmasından və tezliklə "səmada uçan, sayrışan və dalınca xəttə oxşar uzun izlər qoyan şəffaf varlıqları" görməsindən başlayıb. Bundan başqa, həmin varlıqlar çox gözəl mahnıya bənzər qəribə səslər çıxarırdılar və ona elə gəlirdi ki, bu varlıqlar bununla onları əhatə edən sevinci və xoşbəxtliyi ifadə edirdilər. Ancaq Aleksandr onları quşlarla, mələklərlə müqayisə edə bilmir: "Onlar bizim planetimizdə mövcud olan heç nəyə bənzəmirdilər".
O bunların hansısa ali varlıqlar olduqlarına əmindir. Belə varlıqlardan biri olan naməlum gənc qadın ona qoşulur və mistik kainatda onun bələdçisi olur. O, hətta sirli qadının onunla söhbətlərindən birini xatırlayır: "Sən sevimlisən və səni həmişəlik əzizləyəcəklər. Sən heç nədən qorxmamalısan. Sənin səhv edə biləcəyin heç nə yoxdur. Biz burada sənə çox şeylər göstərəcəyik. Amma sonda sən geri qayıdacaqsan".
Qadın yavaş-yavaş həkimi "nəhəng boşluğa gətirir, bura tamamilə qaranlıq olsa da, sonsuzluq hiss olunurdu və bununla yanaşı, həm də çox xoş idi". İndi Aleksandr hesab edir ki, bu boşluq Allahın evi olub.
O, tezliklə ayılır. Lakin indi, axirət dünyasına səyahəti yaşadıqdan sonra öz təcrübəsini həmkarları ilə bölüşməyə tələsmir, amma təsəllini kilsədə tapır. Alim oktyabrın sonlarında işıq üzü görəcək "Neyrocərrahın axirət dünyasına səyahəti" adlı kitab da yazıb.
"Mən əvvəlki kimi, həkiməm və yenə də elm adamı olaraq qalıram. Lakin daxildə əvvəlki adamdan çox fərqlənirəm. Çünki mən reallığın yeni mənzərəsini görmüşəm", - Aleksandr deyib.
Mənbə:trend.az