Yaponiyanın "Okayma Sanyo" liseyinin müəllim və şagirdləri dünyanın ən kiçik avtomobilini hazırlayıblar.
Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, avtomobilin uzunluğu 45,2 santimetrdir.
"Mirai" ("Gələcək") adlı avtomobilin 2013-cü ildə "Ginnesin Rekordlar Kitabı"na düşəcəyi gözlənilir.
6 əsas batareyadan ibarət olan avtomobilin mühərrik və nəzarət sistemləri xüsusi formada hazırlanıb.
Mənbə:trend.az