Qadin.NET / Qadınlar ilk dəfə kişilərdən daha ağıllı oldular

Qadınlar ilk dəfə kişilərdən daha ağıllı oldular

Qadınlar ilk dəfə kişilərdən daha ağıllı oldular

Qadınlarda intellekt əmsalı (İQ) kişilərdən daha yüksəkdir. Belə bir nəticəyə Yeni Zelandiyanın Otaqo Unversitetindən dünya şöhrətli professor Ceyms Filinn öz tədqiqatı zamanı gəlib. Hadisənin unikallığı ondan ibarətdir ki, kişilər intellektin səviyyəsinin yoxlanılması üzrə keçirilən testlərin bütün tarixi ərzində ilk dəfə olaraq qadınlardan geri qalıblar. Bu barədə Trend Rusiya KİV-inə istinadən xəbər verir.

Əqli inkişafın əmsalı dinamikası sahəsində tədqiqatları ilə beynəlxalq səviyyədə tanınan Flinnin sözlərinə görə, əvvəllər qadınlar kişilərdən cəmi bir neçə bənd geri qalırdılar. Lakin son illər ərzində bu gerilik durmadan azalmağa başlayıb. İndi isə qadınların intellekt əmsalı kişilərin göstəriciləri ilə bərabərləşir, bir sıra ölkələrdə isə zərif cins hətta daha güclü olur. Tədqiqatlar Avropada, ABŞ, Kanada, Yeni Zelandiya, Argentina, Estoniya, Avstraliyada aparılan testlərə əsaslanır.

"Son yüz ildə kişilərin və qadınların intellekti stabil inkişaf edib, lakin qadınlar daha sürətlə irəliləyir. Bu müasir həyatın nəticəsidir. Müasir dünyanın mürəkkəblikləri intellektual səviyyəmizi inkişaf etdirir", - "NZ Newswire" Ceyms Filinndən sitat gətirir.

Ekspertlərin irəli sürdükləri versiyalardan birində deyilir ki, qadınların İQ testində daha yaxşı nəticələr göstərməyə başlamalarının səbəbi karyeranın və ailə həyatının uyğunlaşdırılmasıdır. Başqa nəzəriyyədə isə qadınların həmişə daha yüksək nəticələr üçün potensiala malik olduqları, bunu yalnız indi dərk etdikləri bildirilir.

Yeni məlumatlar sübut edir ki, İQ testinin göstəriciləri genetik irsiyyətlə bağlı deyil və onlar getdikcə yaxşılaşa bilərlər. Professor Filinn artıq yaxın vaxtlarda yaranmış tendensiyanı izah etmək üçün əlavə tədqiqatlar aparmağı planlaşdırır. Tədqiqatın nəticələri alimin yeni kitabında dərc olunacaq.

2012-ci il iyunun sonunda aparılan insanın görmə imkanlarının öyrənilməsinə dair tədqiqatın nəticələri də qadınların kişilər üzərində üstünlüyünü göstərir. Həmin araşdırmalara əsasən, qadınlar kişilərə nisbətən daha çox rəng görə bilirlər. Bundan başqa, bəzi qadınlar orta statistik insanın görə biləcəyindən 99 milyon daha çox rəng görməyə qadirdirlər.

Mənbə:trend.az

11 aprel 2014
GO BACK