Qadin.NET / Samsung böhtanın cəzasını istəyir

Samsung böhtanın cəzasını istəyir


Samsung Koreyanın Electronic Times qəzetini məhkəməyə verib. Qəzetin səhifəsində şirkətin Galaxy S5 smartfonu haqqında mənfi fikirlərin nəşri səbəb kimi göstərilir. İstehsalçısı qəzet rəhbərliyindən 300 milyon Koreya vonu (288 min dollar) tələb edir. Bu haqda Koreyanın Media Today qəzetinə istinadən Apple Insider yazıb.
  
Milli.Az ICTnews-a istinadən bildirir ki, Electronic Times qəzetinin müəlliflərindən biri Galaxy S5 smartfonunda kameranın işində hansısa problemləri qeyd etməsi iddia səbəbi olub. Samsungun nümayəndələri bildiriblər ki, qəzet səhifəsində yanlış faktlar gedib. 
 
Media Today qəzetinin məlumatına görə, Electronic Times rəhbərliyi qarşılıqlı iddia ilə çıxış edərək bildirib ki, məqalədə faktlar əsas götürülüb və heç bir yanlışlıq yoxdur.
 
Mənbə:Milli.Az

11 aprel 2014
GO BACK