Qadin.NET / Qurbanlıq heyvanın qanından alına sürtmək olarmı?

Qurbanlıq heyvanın qanından alına sürtmək olarmı?

Qurbanlıq heyvanın qanından alına sürtmək olarmı? Bunun dinimizlə ziddiyyəti varmı?
 
Milli.Az İslam.az-a istinadən bildirir ki, İslam şəriətinə görə, qanı fışqıraraq çıxan heyvanların qanı nəcisdir (murdardır). Qanı fışqıran heyvan deyərkən o heyvanlar nəzərdə tutulur ki, onların qanı ürək klapanlarından döyünə-döyünə keçir və boğaz (yaxud başqa bədən üzvü) kəsilərkən qan fışqıraraq çıxır. 

Müqayisə üçün deyək ki, məsələn, balıqların və sürünənlərin qanı fışqırmır. Amma demək olar ki, bütün qalan dördayaqlı canlıların, insanın, o cümlədən ev heyvanlarının da qanı fışqıraraq çıxır. Ona görə də inək və qoyunun qanı da murdar sayılır. Murdar maddəni alına sürtməyin heç bir mənası və savabı yoxdur. Əksinə, bu iş edilsə, alnı yuyub pak etmək lazımdır.
 
Mənbə:Milli.Az

11 aprel 2014
GO BACK