Qadin.NET / Facebook insan həyatını qurtardı

Facebook insan həyatını qurtardı


Business Insider nəşri yazır ki, ana sosial şəbəkənin köməyi ilə uşağının həyatını xilas edib. Facebookda oğlunun səhifəsinə baxan ana (Yuta ştatının sakini) onun odlu silahla hədələndiyi şərhi görüb. Ananın sürətli reaksiyası nəticəsində cinayətkarlar cəzalandırılıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, ana kriminal məzmunlu şərhi aşkar etdikdən sonra bu barədə məktəb administrasiyasına, sonuncu da öz növbəsində polisə məlumat verib. Qanun keşikçiləri cinayətkarları şərhdə göstərilmiş yerdə tutublar. Onların yeniyetmə olduğu məlum olub.
 
Şübhəli şəxslərin maşınında tapança, marixuana və sonuncunun istifadəsi üçün böyük aparat aşkar edilib. Məlum olub ki, bundan əvvəl yeniyetmələr Instagram sosial şəbəkəsində silahları ilə lovğalanıbla
Mənbə: Milli.Az

11 aprel 2014
GO BACK