Google şirkəti Reputation Institute konsaltinq agentliyi tərəfindən tərtib edilmiş dünyanın ən nüfuzlu korporasiyaları reytinqində birinci olub. İnternet nəhəngi Walt Disney şirkəti ilə birinci yeri bölüşüb.
100 tanınmış şirkətdən ibarət olan siyahı 2014-cü ilin ilk aylarında dünyanın 15 ən böyük dövlətində (Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İtaliya, Yaponiya, Meksika, Rusiya, Cənubi Koreya, İspaniya, Böyük Britaniya və ABŞ) keçirilmiş Global RepTrak 100 reytinqinin tədqiqat məlumatlarına əsaslanır.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Googledan başqa, yüksək texnologiyalar dünyasının daha bir neçə nəhəngi onluqda yer alıb. Yaponiyanın Sony şirkəti ötənilki Global RepTrak 100 reytinqi ilə müqayisədə bir pillə irəliləyərək beşinci yerdə qərarlaşıb. Sonrakı yerlərdə Canon (6) və Apple (7) şirkətləri yer alıblar.
Microsoft şirkəti üç pillə geriləyərək 10-cu olub. Maraqlıdır ki, Cənubi Koreyanın Samsung Electronics şirkəti 10-cu yeri proqram nəhəngi ilə bölüşür. Cənubi Koreya nəhəngi istehlakçılar tərəfindən nüfuz və inam baxımından Apple və Samsung şirkətlərindən nəzərəçarpacaq dərəcədə geri qalırdı: 2011-ci ildə Samsung şirkəti 43-cü, 2013-cü ildə 16-cı olub.
Araşdırmaya əsasən, Apple ən innovasiyalı şirkət, Google isə ən yaxşı iş yeri hesab edilib.
Mənbə:Milli.Az