Qadin.NET / Bu smartfon 2 əməliyyat sistemində işləyir

Bu smartfon 2 əməliyyat sistemində işləyir


Avropa ölkələrində iki – Android və Firefox OS mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən Revolution smartfonunun satışlarına başlanıb. Qurğunu Almaniya, Fransa, İspaniya və Böyük Britaniya bazarlarından əldə etmək olar.
 
Aparat 2009-cu ildə Avropada ilk dəfə Android sistemli smartfon hazırlayan İspaniyanın Geeksphone şirkəti tərəfindən istehsal edilib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Android ən məşhur mobil əməliyyat sistemi olduğu halda Firefox OS nisbətən az tanınır. Mozilla şirkəti tərəfindən hazırlanan Firefox OS mobil əməliyyat sistemi HTML, CSS və javascript açıq standartlarına əsaslanır ki, bu da ona əksər veb-əlavələrlə uyğunluğa imkan verir. Sistemdə brauzerdə olduğu kimi, Gecko mühərrikindən istifadə olunur.
 
Revolution modelinin daxilində 1,6 QHs takt tezlikli ikinüvəli Intel Atom prosessoru, 2 QB tutumlu operativ yaddaş və 4 QB tutumlu daxili yaddaş quraşdırılıb. Aparat IPS matrisalı 4,7 düymlü qHD-displey, 8 meqapikselli əsas və 1,3 meqapikselli ön kamera, eləcə də 2000 milliamper/saat tutumlu batareya ilə təchiz edilib. Həmçinin yaddaş kartı (32 QB) dəstəklənir.
 
Milli.Az

11 aprel 2014
GO BACK