Qadin.NET / Məktəblərdə monitorinq imtahanlarının keçiriləcəyi tarixlər açıqlandı

Məktəblərdə monitorinq imtahanlarının keçiriləcəyi tarixlər açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədi ilə ümumi orta təhsil müəssisələrinin şagirdləri arasında monitorinq imtahanlarının keçiriləcəyi tarixləri açıqlayıb.

Komissiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, monitortinq imtahanlarının V, VI və XI sinif şagirdləri arasında aparılması nəzərdə tutulub. V və VI siniflər üçün monitorinq imtahanları Bakı şəhərində 17-18 aprel tarixlərində, digər şəhər və rayonlarda isə 14-15 aprel tarixlərində olacaq. Bu imtahanlar respublika üzrə ümumilikdə 250-ə yaxın məktəbdə keçiriləcək.

XI siniflər üçün monitorinq imtahanları Bakı şəhərində 22, 23 və 24 aprel tarixlərində, digər şəhər və rayonlarda isə 29-30 aprel tarixlərində keçiriləcək. XI siniflər üçün monitorinq imtahanları respublika üzə ümumilikdə 400-dən artıq məktəbdə təşkil olunacaq.

V və VI sinif şagirdləri üçün imtahan Ana dili və riyaziyyat fənnindən keçiriləcək. Ana dili imtahanında şagirdlərin bacarığı həm açıq tipli test tapşırıqları, həm də yazı işi ilə yoxlanacaq. Belə ki, 1 saat 30 dəqiqə ərzində şagirdlər 20 açıq tipli test tapşırığı ilə yanaşı, təqdim olunacaq mövzu üzrə yazı işlərini də yerinə yetirəcəklər.

Riyaziyyat fənni üzrə isə şagirdlərə 18 açıq tipli test tapşırığı təqdim olunacaq. Bu imtahanın da müddəti 1 saat 30 dəqiqədir.

V və VI siniflər üçün monitorinq imtahanları Bakı şəhərində 17-18 aprel tarixlərində, digər şəhər və rayonlarda isə 14-15 aprel tarixlərində olacaq. Bu imtahanlar respublika üzrə ümumilikdə 250-ə yaxın məktəbdə keçiriləcək.

XI sinif şagirdləri isə Azərbaycan dili, riyaziyyat və fizika fənlərindən imtahan verəcəklər. Azərbaycan dili üzrə sualları cavablandırmaq üçün onlara 45 dəqiqə, fizika və riyaziyyat fənləri üzrə ayrılıqda 60 dəqiqə vaxt veriləcək. Bu imtahanda suallar ənənəvi - çoxseçimli test tapşırığı formasında təqdim olunacaq. Bu fənlərin hər birindən şagirdlərə imtahan zamanı 30 sual təqdim olunacaq.

Milli:Milli.Az

11 aprel 2014
GO BACK