Qadin.NET / İnternet tarixinin ən böyük təhlükəsi üzə çıxdı

İnternet tarixinin ən böyük təhlükəsi üzə çıxdı

İnternetin mövcud olduğu vaxtdan bəri olan ən böyük təhlülkə aşkarlanıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, məlumatların şəbəkə ilə ötürülməsi üçün şifrələyən proqram təminatında boşluqlar var imiş. 

Həmin boşluq Gmail və Facebook kimi populyar resursların xidmətlərinə də təsirsiz ötüşməyib. Bu səbəbdən konfidensial məlumatların oğurlanması mümkündür. Ekspertlər hər ehtimala qarşı elektron poçtlarda və sosial şəbəkələrdə parolları dəyişməyi tövsiyə edirlər. 

Heartbleed adı verilən həmin boşluq OpenSSL vasitəsi ilə aşkarlanıb. Yahoo ən çox təhlükəyə məruz qalan sayt olub. Google, Microsoft, Twitter, Facebook, Dropbox və digər saytlar təhlükədən yayına biliblər. İnternetdəki bu boşluq iki il öncə yaranıb və uzun müddət açıq qalıb. 

Mənbə:Milli.Az

11 aprel 2014
GO BACK