İlk dəfə 2008-ci ildə debüt etmiş BMW X6 krossoveri bu gün kupeşəkilli şəhər yolsuzluq avtomobilləri bazarında şəksiz liderdir. Amma tezliklə bu seqmentdə qüvvələr nisbəti dəyişə bilər.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, Mercedes-Benz Pekin beynəlxalq avtosalonuna Concept Coupe SUV konseptual krossoverini gətirəcək. BMW X6 -nın gələcək rəqibinin sələfi parlaq, yadda qalan eksteryerə malikdir. Maşının xarici görünüşüylə tanışlıq zamanı kupeyə bənzər profil, iri radiator barmaqlığı, geniş hava giriş dəlikləriylə aqressiv dizaynlı qabaq bamper, qabarıq kapot və böyürlərdə orijinal ştamplama diqqət çəkir.
Mənbə:Milli.Az