Dünyanın on dörd nəhəng texnoloji şirkəti bazar dəyərinin beşdə bir hissəsini və ya 275 milyard dollar itirib. Bu barədə The Financial Times nəşri məlumat verib. Sahə şirkətlərinin dəyərinin aşağı düşməsi 2008-ci il qlobal maliyyə böhranından sonra qeydə alınan ən böyük azalma olub. Bununla yanaşı, səhmlər bazarı son həftələr ərzində ümumilikdə rekord səviyyədə qalıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, NASDAQ birjasında biotexnoloji şirkətlərin dəyər indeksi fevralın sonundan təxminən 20 faiz təşkil edib. Workday, Splunk və Fire-Eye kimi yeni proqram təminatı istehsalçılarının dəyəri 30-40 faiz azalıb.
Azalma həm ABŞ, həm də Şərqi Asiyanın qiymətli kağızlarında müşahidə olunub.
ABŞ-da Facebook sosial şəbəkəsinin qiymətli kağızlarının dəyəri 22 faiz, Twitter və LinkedIn xidmətlərinin 40 faiz aşağı düşüb. Dünya internet sahəsinin liderlərindən biri olan Google şirkətinin dəyərində isə 12 faiz azalma qeydə alınıb.
Mənbə:Milli.Az