Qadin.NET / CNN: “Alov qüllələri” Azərbaycan tarixinin simvoludur

CNN: “Alov qüllələri” Azərbaycan tarixinin simvoludur

CNN: “Alov qüllələri” Azərbaycan tarixinin simvoludur

Bakının mərkəzindəki "Alov qüllələri" binalar kompleksi müəllifin ən sevimli layihələrindən biri adlandırılıb. Trend-in məlumatına görə, bu barədə Amerikanın məşhur CNN telekanalının saytı yazır.

CNN-in "Nəhəng binalar" layihəsində müəlliflər dünyanın altı aparıcı memarından işlədikləri ən sevimli binanın adını çəkməyi xahiş ediblər.

"Alov qüllələri"nin layihələndirilməsi ilə məşğul olan nəhəng NOK memarlıq şirkətinin vitse-prezidenti Barri Hyuz onu özünün ən sevimli layihələrindən biri adlandırıb.

"Mən özümü günahkar hesab edirəm. Çünki bu layihə üzərində çalışan 150 nəfərin əməyinə görə şöhrəti mən tək alıram", - Hyuz deyib.

Sayt yazır ki, Azərbaycan hazırda yenilənmiş ölkə paytaxtının elementlərini birləşdirən görməli yerlərə malikdir.

Məqalə müəllifi qeyd edir ki, bu il maraqlı "Alov qüllələri"nin tikintisi layihəsi başa çatacaq və müəlliflərinin fikrincə, o, Bakının simvollarından birinə çevriləcək.

Qüllənin forması "oda sitayiş edən zərdüştilərin mərkəzi olmuş şəhərin tarixindən və onun təbii qaz ehtiyatlarından götürülüb. Biz alov ideyası üzərində dayandıq", - Hyuz deyib.

Onun sözlərinə görə, bu, məsələn, potensial zəlzələlərə qarşı durma və Bakıda əsən sərt küləklərlə əlaqədar kranlardan istifadə etmədən tikilməsi lazım gəlinən çox mürəkkəb layihədir.

Binanın tikintisinin başa çatmasına az qalmış qüllələrdən birinin başında dayanan Hyuzu daha bir gözlənilməz hiss bürüyüb.

"Ola bilsin ki, layihənin tamamlanması ilə əlaqədar hiss sadəcə məni sərxoş etmişdi, amma orada məkan həqiqətən sehrlidir", - o deyib.

trend.az

10 aprel 2014
GO BACK