Qadin.NET / Qadın xoşbəxtliyinin geni tapılıb

Qadın xoşbəxtliyinin geni tapılıb

Qadın xoşbəxtliyinin geni tapılıb


ABŞ-ın Cənubi Florida Universitetinin alimləri ilk dəfə olaraq neyromediatorların səviyyəsinin artmasına görə cavab verən "həzz hormonları" müəyyən ediblər. Trend-in məlumatına görə, bu barədə "Komsomolskaya pravda" qəzeti yazır. Bu gen istisnasız olaraq qadın DNT-də aşkar olunub.

"Qadın xoşbəxtliyinin ilk geni" serotonini, dofamini və noradrenalini parçalayan xüsusi zülalı kodlaşdırır. Məhz onlar insana sevinc və xoşbəxtlik hissi verən neyromediatorlar kimi çıxış edirlər. Bu araşdırma qadınlardan fərqli olaraq kişilərin adi şeylərdən sevinc hissi keçirməmələri barədə məşhur fikri təsdiqləyir.

Hətta əgər kişilərdə bu "xoşbəxtlik" hormonu olsa belə, kişi hormonları onu bloklayır. Ona görə də oğlan uşaqları böyüdükcə "sevinc hormonu"nun pozitiv effektindən məhrum olurlar.

Cənubi Florida Universitetinin professoru Henyan hesab edir ki, gələcəkdə subyektiv psixoloji vəziyyətlərin genetik təbiətinin öyrənilməsi müxtəlif psixoloji pozğunluqların yaranması mexanizmlərinin dərk edilməsinə kömək edə bilər.

trend.az

10 aprel 2014
GO BACK