Qadin.NET / Ölüm Antarktidadan gələcək?

Ölüm Antarktidadan gələcək?

 

Ölüm Antarktidadan gələcək?

 

Antarktidanın qalın buzları altında bir neçə milyard ton karbohidrogen var. Nəhəng həcmdə metan ehtiyatları qədim ağacların qalıqları ilə qidalanan və çox böyük dərinliklərdə yaşayan mikroorqanzimlər tərəfindən tədarük edilib. Bu barədə Trend Rusiya KİV-ə istinadən yazır. Bristol Universitetinin mütəxəssislərinin hesablamalarına görə, karbohidrogenlər 3 kilometrdən çox dərinlikdə yerləşir. Ona görə də buzu deşmək nəzəri baxımdan çox bahalı fikirdir. Bunun əvəzinə alimlər buzlaqların kənarında kiçik bir hissəni kəsiblər. Kəsikdə metan qazı hasil etməyə qadir olan mikroblar aşkar olunub. Bundan sonra həmin mikroorqanizmlər iki il müddətinə işıqsız və oksigensiz soyuq mühitdə yerləşdiriliblər. Onların istehsal etdikləri metanın miqdarını ölçən alimlər belə qənaətə gəliblər ki, Antarktida buzlaqları altında ehtiyatların həcmi hətta dünya okeanının dibində olan ehtiyatlardan çoxdur. Mütəxəssislər xəbərdarlıq edirlər ki, əgər bu miqdarda metan buzlaqlardakı çatlar vasitəsilə atmosferə düşərsə, bu, fəlakətli iqlim dəyişikliklərinə səbəb ola bilər.

trend.az

10 aprel 2014
GO BACK