Qadin.NET / "İki üzlü" pişik görənləri çaşdırır (FOTO)

"İki üzlü" pişik görənləri çaşdırır (FOTO)

 

"İki üzlü" pişik görənləri çaşdırır (FOTO)

Venera adlı üç yaşındakı dişi pişik genetik fərqliliyi səbəbindən sahib olduğu maraqlı üzü sayəsində dünyanın ən məşhur pişiklərindən birinə çevrilib. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Dünyanın hər tərəfində pərəstişkarları olan Veneranın üzünün bir tərəfi digər tərəfindən nəzərəçarpacaq dərəcədə fərqlənir. Belə ki, genlərin birləşməsi səbəbindən pişiyin üzünün bir tərəfi qara, digər tərəfi isə sarı rəngdədir. Heterokromiya nəticəsində gözlərinin biri yaşıl, digəri isə mavidir.
Facebook-da səhifəsi olan Veneranın 25 mindən çox pərəstişkarı var. Youtube-da videolarının baxılma sayı isə 150 mini keçir.

trend.az

10 aprel 2014
GO BACK