Qadin.NET / Ehtiyatlı olun, beyniniz oğurlana bilər!

Ehtiyatlı olun, beyniniz oğurlana bilər!

Ehtiyatlı olun, beyniniz oğurlana bilər!

Dünyanın ən tanınmış elm adamları çox sadə qurğuya malik cihazla insan beynindən məlumat oğurlamağın mümkün olduğunu aşkara çıxarıb. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

ABŞ-ın Berkli, İngiltərənin Oksford və İsveçrənin Cenevrə universitetlərinin bir qrup alimi maraqlı təcrübəyə imza atıblar. Belə ki, onlar beyindəki məlumatların surətini çıxara biliblər.

Təcrübədə cəmi 299 dollar dəyərində olan "Emotiv" adlı kompüter nəzarət cihazından istifadə edilib. Beyin-kompüter interfeysi olaraq təyin olunan bu cihaz monitora bağlanaraq istifadəçinin beyin fəaliyyətini müşahidə etməyə imkan verir. Cihaz vasitəsilə insan beyninin təsnif etmə və əhəmiyyətli məlumatları yaydığı P300 adlı beyin dalğasının hərəkəti ölçülür.

Təcrübədə başlıq formasında olan cihazın qoşulduğu iştirakçılara bank kartları, evləri, insan üzləri, valyutadəyişmə məntəqələri, doğum ayları, PIN kodlar göstərilib. İstifadəçilərin əhəmiyyətli hesab etdikləri görüntülərə baxdıqları zaman hər 300 millisaniyədən bir yayılan P300 dalğasının hərəkətlərində artım müşahidə olunub. P300 dalğası ölçülərkən hər 10 iştirakçıdan birinin yaşadığı evin 100-ün 60-a, PIN kodun isə 100-ün 40-a nisbətində müəyyən edildiyi aydın olub.

Mütəxəssislər bu təcrübənin bəzi xəstəliklərin müalicəsində səmərəli ola biləcəyini güman edirlər. Digər tərəfdən, bazarda çox asan əldə edilə bilən cihazdan oğurluq kimi pis məqsədlərlə də istifadə ediləcəyi istisna edilmir.

trend.az

10 aprel 2014
GO BACK