İnsan bağırsaqlarındakı bakteriyalar çox kiçik yaşlarda meydana gəlməyə başlayır. Lakin bununla bağlı müəyyən problem yaranarsa, bu, xoşbəxtlik hormonu kimi tanınan serotoninin ifraz olunmasına maneələr törədə bilər. Bu barədə Trend Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlum olduğu kimi, serotonin hormonu əhvali-ruhiyyəmizi və duyğularımızı təyin edir. İnsanın stress və depressiya vəziyyətlərində isə orqanizmdə serotonin hormonunun səviyyəsində dəyişiklik əmələ gəlir.
İrlandiyada aparılan araşdırmada istirak edən və bu bakteriyalara sahib olmayanların beyinlərində serotoninin miqdarının daha az olduğu müşahidə edilib. Bu bakteriyaların sonradan orqanizmə daxil olunmasının isə heç bir təsiri olmadığı məlum olub.
Tədqiqatçılar bu məsələdə valideynlərin üzərinə böyük vəzifə düşdüyünü bildirirlər. Alimlər körpəliyində düzgün qidalanmayan və bağırsağlarındakı mikrofloranı itirənlərin gələcəkdə bədbəxt olacağını və beyin funksiyalarını itirə biləcəkləri ehtimalının böyük olduğunu vurğulayırlar.
trend.az