Qadin.NET / Şok: 9 yaşlı müsəlman qızların nikahı qanuniləşir

Şok: 9 yaşlı müsəlman qızların nikahı qanuniləşir


İraq hökumətinin qərarı ölkədəki hüquq müdafiəçiləri ilə yanaşı, dünya mediasını şoka salıb.
Rəsmi Bağdad ölkədə 9 yaşdan kiçik qızların ərə verilmələrini və onların nikahlarını qanuniləşdirmək niyyətindədir.
Milli.Az The Daily Telegraph-a istinadən bildirir ki, ölkədə azyaşlıların ərə verilməsi və hətta yaşları 9-a çatmamış qızların "nikah"ları leqallaşır.
Müvafiq qanun layihəsi İraq parlamentində aprelin 30-da müzakirə ediləcək.
Ekspertlərin fikrincə, qanun layihəsinin qəbul olunacağı ehtimalı böyükdür.
Hazırda İraq qanunvericiliyinə görə, 18 yaşına çatmamış şəxslər ailə qura bilməzlər. Fəqət İraqda 14-15 yaşlı qızların ərə verilməsi, hətta 8-9 yaşlı qızların məcburi nikahı adi hal sayılır.
İraqın sabiq baş naziri Əyyad Əlauinin dediyinə görə, 9 yaşına çatmamış qızların ərə verilməsini heç bir halda leqallaşdırmaq olmaz.
"Bu, vəhşilikdir, insan haqlarının tapdanması, mənəviyyatsızlıqdır. 9 yaşı olmamış uşağı ərə verən adamla onu "arvad" edən şəxs əslində həbs olunmalıdırlar. Biz isə belə "nikah"ları qanuniləşdiririk", - Ə.Əlaui deyib.
Onun sözlərinə görə, İraqda qanunlar qadınların amansız istismara məruz qalmasına şərait yaradır.
"Əl Əmal" xeyriyyə təşkilatının rəhbəri, məşhur hüquq müdafiəçisi Həna Ədvar isə söyləyib: "Belə çıxır ki, İraqda qadınlar kişilərin cinsi istismara məruz qoyduqları vasitə, dilsiz-ağızsız alətlərdir".
Beynəlxalq "Human Rights Watch" təşkilatı İraq parlamentinə müraciət edərək qanun layihəsini rədd etməyə çağırıb.
Mənbə:Milli.Az

10 aprel 2014
GO BACK