Qadin.NET / Azərbaycana yay havası gəlir

Azərbaycana yay havası gəlir


Azərbaycanda havanın temperaturu yüksələcək
Ölkənin bəzi yerlərində temperatur 25 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, aprelin 11-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz keçəcək. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-8, gündüz 15-20 dərəcə isti olacaq.

Aprelin 11-də Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxma ehtimalı var. Qısa müddətli yağış yağacaq.

Havanın temperaturunun Aran rayonlarında gecə 6-11, gündüz 20-25, dağlarda gecə 1-6 gündüz 9-14 isti olacağı gözlənilir.

Mənbə:Milli.Az

10 aprel 2014
GO BACK