Qadin.NET / "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi qovuldu

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi qovuldu


Mirça Rednik qovuldu
"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mirça Rednik çalışdırdığı "Gent" (Belçika) klubundan qovulub.

Qol.Az-ın Belçika mətbuatına istinadən verdiyi məlumata görə, buna Rednikin komandasının ölkə çempionatında uğursuz çıxışları səbəb olub.

52 yaşlı rumıniyalı mütəxəssis son üç turda alınan məğlubiyyətlərdən sonra komandadan ayrılıb. "Gent"i mövsümün sonunadək Rednikin köməkçisi işləyən Peter Balettenin çalışdıracağı bildirilir.

Qeyd edək ki, Rednik 2010-2011-ci illərdə "Xəzər Lənkəran"ı çalışdırıb.

Mənbə:Milli.Az

10 aprel 2014
GO BACK