Qadin.NET / "Barselona"nın qəbirqazanı danışdı

"Barselona"nın qəbirqazanı danışdı

Koke: "Yarımfinaldakı rəqibimiz çox güclü olacaq"
Çempionlar Liqasının 1/4 finalının cavab oyunu çərçivəsində "Barselona" ilə görüşdə qələbə qolunu vuran "Atletiko" (Madrid) klubunun futbolçusu Kokematçı şərh edib.

Qol.Az-ın məlumatına görə, UEFA-nın rəsmi saytına danışan ispaniyalı futbolçu güclü rəqibi mübarizədən kənarlaşdırdıqlarını bildirib:

"Vurduğum qol yarımfinala yüksəlmək baxımından çox vacib idi. Sonuncu dəfə yarımfinala çıxmağımızdan 40 il ötür. Azarkeşlərimizin arzularını gerçəkləşdirməyə çalışacağıq. Yarımfinaldakı rəqibimiz çox güclü olacaq. Ancaq bu gün ən güclü komandalardan birini mübarizədən kənarlaşdırdıq".

Qeyd edək ki, "Atletiko"nun yarımfinaldakı rəqibinə sabah, Bakı vaxtı ilə saat 15:00-da aydınlıq gələcək. 

Milli.Az

10 aprel 2014
GO BACK