Qadin.NET / Təhsil Nazirliyindən daha bir yenilik

Təhsil Nazirliyindən daha bir yenilik


Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən dövlət uşaq müəssisələrində uşaqların saxlanma vəziyyətinə və onlara göstərilən xidmətə nəzarətin səmərəli həyata keçirilməsi məqsədi ilə internat məktəblərində videokameralar quraşdırılıb.

Milli.Az nazirliyin saytına istinadən bildirir ki, videokameraların quraşdırılması, həmçinin, uşaqlara verilən qidanın keyfiyyətinə və ərzağın tələb olunan normalara uyğun sərfiyyatına nəzarət mexanizminin təmin edilməsi məqsədlərinə xidmət edir.

Mənbə:Milli.Az

10 aprel 2014
GO BACK