Qadin.NET / Türkiyədə YouTube barədə yeni qərar verildi

Türkiyədə YouTube barədə yeni qərar verildi


Yeni qərara görə, sadəcə məxfi danışıqların olduğu 15 linkə məhdudiyyət qoyulub.

Türkiyədə video paylaşımı portalı YouTube-dan istifadəyə qoyulan məhdudiyyət aradan qaldırıldı. 

Anspress-in xəbərinə görə, 13 günlük fasilədən sonra ötən axşam ölkədə YouTube-dan istifadə mümkün olub.

Xatırladaq ki, martın 27-də Türkiyə Xarici İşlər Nazirliyindəki məxfi danışıqların YouTube-da yayılmasından sonra Gölbaşı “Sülh Cəza” məhkəməsinin qərarı ilə Telekommunikasiya və Rabitə Nazirliyi (TİB) bu portalın istifadəsinə məhdudiyyət qoymuşdu.

YouTube şirkətinin Türkiyədəki vəkili isə ötən həftə Gölbaşı “Sülh Cəza” məhkəməsinin, ötən gün isə Gölbaşı Birinci instansiya məhkəməsinin qərarına etiraz edib.

Məlumata görə, məhkəmələr daha əvvəl portalın qadağası üçün verilən hökmü yox sayaraq bu istiqamətdə yeni qərar verib. Yeni qərara görə, sadəcə məxfi danışıqların olduğu 15 linkə məhdudiyət qoyulub, portalın yasaqlanması istiqamətində verilən qərar isə ləğv olunub. 

Mənbə:Milli.Az

10 aprel 2014
GO BACK