Qadin.NET / Tənbəlliyə qarşı təsirli həb

Tənbəlliyə qarşı təsirli həb

Tənbəlliyə qarşı təsirli həb

İsveçrənin Sürix Universitetinin alimləri tənbəlliklə bağlı olan piylənmə və digər problemləri həll edəcək orijinal bir üsul kəşf ediblər. Bu barədə Trend Türkiyənin "Milliyət" qəzetinə istinadən xəbər verir.

Belə ki, tədqiqatçılar eritropotein hormonu vurulan siçanların daha hərəkətli olduqlarını müəyyən ediblər. Bu müalicə Alzheimer xəstəliyindən piylənməyə və ruhi pozğunluqlara qədər orqanizmdəki bir çox problemlərin həllinə də kömək edir.

Araşdırmanın iştiraçılarından biri Maks Qassmanın sözlərinə görə, mütəxəssislər eritropoteindən istifadə edərək ilk dəfə insanın aktivliyini artıra biləcəklər. Bu hormon insanın ruhi vəziyyətinə təsir edir. İsveçrəli alimlər bu tədqiqata əsaslanaraq "motivasiya artırıcı həb" hazırlanacağını bildiriblər.

Mənbə:trend.az

 

10 aprel 2014
GO BACK