Qadin.NET / Britaniyalı qadın gündə 21 litr su içir

Britaniyalı qadın gündə 21 litr su içir

Britaniyalı qadın gündə 21 litr su içir

Dietoloqlar gün ərzində çoxlu su içməyi tövsiyə edirlər. Lakin bəzi hallarda bu, ciddi problemlərə gətirib çıxara bilər. Xüsusilə də, əgər gün ərzində suya tələbat normadan artıq olarsa...

Məsələn, Britaniyanın Esseks şəhərindən olan Saşa Kennedi adlı qadın sudan asılılıqdan əziyyət çəkir. Belə ki, qadın gündə 21 litrə yaxın su içir. Bu barədə Trend Rusiya KİV-inə istinadən yazır.

Hara getsə, o, özü ilə su gəzdirir və hətta bir stəkan su içmədən gecələr bir saatdan artıq yata bilmir. Nəticədə qadın gündə 40 dəfə ayaqyoluna getməli olur. Öz asılılığı ucbatından o, hətta işdən də çıxmalı olub. Çünki sadəcə olaraq iş yerində tələb olunan həcmdə keyfiyyətli su olmayıb.

Saşa daim güclü yanğı hiss etdiyini və bunun onu hətta gecələr belə su içməyə vadar etdiyini deyir.

Bu asılılıq onda hələ uşaq olarkən (2 yaşında) yaranıb. Həmin vaxtdan Saşa Kennedi gecələr böyük bir bardaq, gündüzlər isə 12-13 litr su içir.

Onda suya olan tələbatın tövsiyə olunan normanı, yəni 1,6 litri xeyli üstələməsinə baxmayaraq, tibbi müayinə zamanı həkimlər qadında hər hansı bir xəstəlik aşkar edə bilməyiblər. Onlar qadının probleminin nadir hal olduğunu və onu sağaltmaqda aciz qaldıqlarını etiraf edirlər.

Mənbə:trend.az

 

10 aprel 2014
GO BACK