Qadin.NET / İsrail mətbuatı Azərbaycanın Birinci Xanımından yazdı

İsrail mətbuatı Azərbaycanın Birinci Xanımından yazdı

İsrail mətbuatı Azərbaycanın Birinci Xanımından yazdı

İsrailin məşhur “Breaking İsrael News” nəşri Azərbaycanla bağlı məqalə dərc edib.  “Azərbaycan: Stereotipləri aşaraq İsrail ilə dost olan müasir müsəlman ölkəsi” - Azerbaijan: A Modern Muslim Nation Openly Defies Stereotypes, Befriends Israel adlı  məqalədə deyilir ki, dünyada dini azadlığı boğmaq üçün İslam dinindən istifadə edən müsəlman dövlətlərin sayı kifayət qədərdir. Lakin Azərbaycan bu ölkələrin sırasına aid deyil. Müasir, demokratik və mütərəqqi dövlət olan Azərbaycan İsrail kimi öz qonşuların hərbi fəaliyyətindən əziyyət çəkir.

“Azərbaycan dünyəvi dövlət olaraq öz vətəndaşların dini və etiqad azadlığını təmin edir. Ölkənin birinci xanımı Mehriban Əliyeva ali təhsilli və müasir baxışlara malik qadındır. Birinci ledi öz nümünəsilə ölkə qadınlarını müstəqil və təhsilli olmağa maarifləndirir. Bundan başqa, bir çox müsəlman ölkələrində qadınlara qarşı bir sıra qadağalar, o cümlədən, geyim baxımından müəyyən əngəllər tətbiq olunur. Azərbaycan qadınları isə ölkənin ictimai həyatında aktiv iştirak edir və müasir müsəlman qadını üçün nümunə kimi çıxış edə bilərlər”,- deyə məqalədə bildirilir.

Daha sonra məqalədə vurğulanılır ki, Azərbaycan və İsrail dövlətləri bir sıra sahələrdə əməkdaşlıq edir və dostluq əlaqələrinə malikdilər. Lakin bu əməkdaşlıq bəzi güclər, xüsusilə İran dövləti tərəfindən mənfi qarşılanır. Yuxarıda qeyd edilən bütün məqamları nəzərə alsaq, Azərbaycanın artıq 22 il ərzində stereotiplərə və bəzi qonşular tərəfindən edilən təzyiqlərə  tab gətirməsi alqışalayiq bir haldır.

Mənbə:Yenilik.az

 

10 aprel 2014
GO BACK