Çox qəhvə içən qadınların hamilə qalma şansının içməyənlərə nisbətən yarı-yarıya daha az olduğu açıqlanıb. Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata əsasən, bu barədə İsveçdə yayımlanan "Dagens Nyheter" qəzeti xəbər verib.
Qəzet yazır ki, Danimarkanın Arhus Universiteti xəstəxanasının həkimi Ulrik Şchioler Kesmodelin dediyinə görə, 4 min qadın üzərində aparılan təcrübə nəticəsində aydın olub ki, gündə 3 fincandan çox qəhvə içən qadınların qəhvə içməyən qadınlara nisbətən təbii yolla hamilə qalma şansı yarı-yarıya azalır və uşaqsalma riski artır.
Qəhvənin də siqaret kimi hamilə qalmağı çətinləşdirdiyini qeyd edən Kesmodel bildirib ki, uşaq sahibi olmaqda çətinlik çəkən cütlüklərin görməli olduqları tədbirlərin ən əsası siqareti və spirtli içkiləri tərgitməkdir. Əgər çəkiləri çoxdursa, arıqlamaq da şərtdir. "Gündə iki fincan qəhvə ola bilər, üç fincan mübahisəlidir, dörd fincan qəhvəyə isə qəti şəkildə yox deyirik", - həkim deyib.
Kesmodel eyni zamanda, hamilə qalmaq istəyən qadınların qəhvəylə yanaşı çay və kolalı içkilərin qəbulunu azaltmasının vaciblyini də qeyd edib.
Mənbə:trend.az