Qadin.NET / Hər 14 gündə dünyada danışılan bir dil məhv olur

Hər 14 gündə dünyada danışılan bir dil məhv olur

Hər 14 gündə dünyada danışılan bir dil məhv olur

"National Geographic" dərgisində yayılan araşdırmaya görə, hər 14 gündə dünyada danışılan bir dil məhv olur. Bu barədə Trend şənbə günü Türkiyə KİV-ə istinadən məlumat verir.

Qəbilə dilləri daxil olmaqla, dünyada cəmi 7 minə yaxın fərqli dilin mövcud olduğu təxmin edilir. Bu dillərin ən az yarısının məhv olmaq üzrə olduğu bildirilir. Araşdırmaya görə, məhv olan dillərin yerini ingilis, ispan və mandarin (Çin) dilləri tutur.

Dünya əhalisinin 85 faizi geniş yayılmış 85 dildə danışdığı halda, 8,5 milyon insan isə 3500 fərqli dildə ünsiyyət saxlayır. Məlumata əsasən, ana dili ingiliscə olan əhalinin sayı 328 milyon, mandarincə danışanların sayı isə 845 milyona yaxındır.

Dilçilərin fikrincə, qarşıdakı 100 il ərzində 3500 dili məhv olmaq təhlükəsi gözləyir.

Mənbə:trend.az

 

10 aprel 2014
GO BACK