Qadin.NET / 2 min dollarlıq smartfon göstərildi

2 min dollarlıq smartfon göstərildi


Bahalı mobil telefon istehsalçısı Gresso şirkətinin çeşidində iki SİM kart dəstəkləyən birinci model nümayiş etdirilib, qiyməti 2000 dollar təşkil edir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Gresso Azimuth lüks qurğusu yüksək keyfiyyətli cilalanmış poladdan hazırlanmış titan korpusa, klaviaturaya və 18 karatlıq qızıldan hazırlanmış loqotipə malikdir. Qurğunun ön paneli möhkəm mineral şüşədən hazırlanıb. İstehsalçının sözlərinə görə, sözügedən telefonun istifadəçisi düymələrə toxunmaqdan zövq alacaq.
 
Gresso Azimuth modeli adi xarakteristikalara malikdir: 2 QB əməli yaddaş, 1,3 meqapiksellik kamera, 1100 milliamper/saat tutumlu akkumulyator batareyası, Bluetooth 2.0 modulu ilə təchiz edilib.
Telefonun batareyası danışıq rejimində 20 saat və gözləmə rejimində 680 saat üçün kifayətdir.
 
Məhsulun ölçüləri 118 x 49 x 14,5 mm, çəkisi 160 qr-dır. Telefon SİM kartlar üçün iki slota malikdir. Hər iki kartın eyni vaxtda işləyib-işləməməsi haqda məlumat verilməyib.
 
Mənbə:Milli.Az

10 aprel 2014
GO BACK